Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 217.767 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Jak Nekker — cenevrəəsilli bankir, maliyyəçi və dövlət xadimi, XVI Lüdovikin hakimiyyəti dövründə Fransanın maliyyə naziri. İslahatçı xarakteri ilə seçilən Nekkerin tətbiq etdiyi yeniliklər bəzən böyük narazılıqlara səbəb olmuşdur. O, konstitusiyalı monarxiya tərəfdarı, siyasi iqtisadçı və moralist kimi qanun qarşısında bərabərlik prinsipini kəskin tənqid edən əsərlər yazmışdır.

Nekker maliyyə naziri vəzifəsini ilk dəfə 1777-ci ilin iyul ayı ilə 1781-ci il arasında icra etmişdir. O, 1781-ci ildə dövlət büdcəsini ictimaiyyətə açıqlayan "Compte rendu" hesabatını dərc etdirmək barədə görünməmiş bir qərar qəbul edərək geniş şöhrət qazanmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
İbrahim Temo — albanəsilli Osmanlı siyasətçisi, inqilabçısı, intellektualı və həkimi. O, XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasında müxalif siyasi hərəkatların formalaşmasında mühüm rol oynamış, xüsusilə İttihad və Tərəqqi Komitəsinin (İTK) ilkin qurucularından biri kimi tanınmışdır. İbrahim Temo "gənc türklər" hərəkatının erkən mərhələsində II Əbdülhəmidin avtoritar idarəçiliyinə qarşı çıxan gizli təşkilati fəaliyyətin əsas simalarından biri olmuşdur. Tibbi təhsil aldığı dövrdə Osmanlı İttihad Komitəsinin yaradılmasında iştirak etmiş, təşkilatın Balkanlar və Avropa filiallarının qurulmasında fəal rol oynamışdır. Sonradan İTK daxilində yaranan ideoloji və təşkilati dəyişikliklər fonunda ittihadçılardan uzaqlaşmış, daha liberal və pluralist mövqeləri müdafiə etmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Asiya ölkələrinin siyahısı — Asiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli