Mənuçöhr İqbal — İranın dövlət xadimi, 1957–1960-cı illərdə İran Baş naziri. Mənuçöhr İqbal Şah Məhəmməd Rza Pəhləvinin sadiq silahdaşı və görkəmli dövlət xadimi kimi tanınmışdır. Onun çoxşaxəli fəaliyyəti yüksək inzibati vəzifələri əhatə etmişdir. O, Baş nazir, saray naziri, daxili işlər naziri və digər mühüm idarələrin rəhbəri, Azərbaycan valisi, Tehran Universitetinin prezidenti, senator, "Milliyun" partiyasının lideri və Milli İran Neft Şirkətinin icraçı direktoru vəzifələrində çalışmışdır. İqbal həmçinin, qeyri-rəsmi siyasi həyatda da fəal rol oynamış, mason lojalarının üzvü olmuşdur.
Dövrünün digər dövlət xadimlərindən fərqli olaraq, Mənuçöhr İqbal diplomatik mürəkkəblikdən uzaq, birbaşa siyasi üslubu ilə seçilmişdir. Onun öz mövqeyini açıq şəkildə ifadə etmək meyli yüksək ambisiyaları, statusa və xidməti vəzifələrə verdiyi önəmlə uzlaşmışdır.
Abdullah Cövdət — Türkiyə ziyalısı və həkimi, mason. O, İttihad və Tərəqqi Komitəsinin (İTK) qurucularından biri olmuş və "Bir kürd" təxəllüsü ilə "Meşveret", "Kürdüstan" və "Roji Kürd" kimi nəşrlərdə Şərq–Qərb dixotomiyası, kürd oyanışı və milliyyətçiliyi haqqında məqalələr yazmışdır. Şəxsi nəşri olan "İctihad"da cəmiyyətin qərbləşdirilməsini, feminizmi, fəhlə hüquqlarını, azadlığı, elmi, sekulyarizmi və sosial liberalizmi təbliğ etmişdir. 1902-ci ilədək İTK-nın ideoloqu olmuş, lakin təşkilatın türk milliyyətçiliyini qəbul etməsindən sonra qurduğu təşkilata müxalifətə keçmişdir. 1908-ci ildə Demokratik Partiyanı qurmuş, bu partiya 1911-ci ildə Azadlıq və Razılaşma Partiyası ilə birləşmişdir. 1920-ci illərin əvvəllərində qısa müddətə kürd müstəqilliyini dəstəkləmiş, sonradan isə Mustafa Kamal Atatürk ilə Türk Milli Hərəkatını müdafiə etmişdir.
Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı. Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü.
Yaponiyanın Otsuçi qəsəbəsində quraşdırılmış külək telefonu ölülərlə "danışmaq" üçün nəzərdə tutulub.
Civənigümüşə və ya qızıla çevirə bildiyini iddia edən Ceyms Prays bunu etibarlı şahidlər önündə sübut etmək məcburiyyətində qalan zaman sianid turşusu içərək intihar etmişdir.
Tarixdəbugün
31 avqust: Malayziyada müstəqillik günü
Diana Spenser
1876 — Osmanlı sultanı V Murad devrilmış və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edilmişdir.
1897 — Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent almışdır.