Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 210.287 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Azərbaycanda dənizçilik və dəniz mədəniyyətitarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində dənizçiliyin inkişafını və dənizlə bağlı mədəniyyət sahələrini (dənizlə bağlı miflər, dəniz yeməkləri, sənətkarlıq nümunələri və s.) əhatə edir.

Qobustandakı qayaüstü təsvirlərdə qayığın çəkilməsi bölgədə e.ə. VI–IV minilliklərdə gəmiçiliyin inkişaf etdiyini göstərir. Ərəb coğrafiyaşünası Müqəddəsi Bakının liman olaraq vacib rolunu qeyd edən ilk müəllifdir, o, Bakını belə təsvir edirdi: "Bakı dənizin kənarında şəhərdir. İqlimin yeganə limanıdır." Tarixən, ticarət gəmiləri Xəzərin cənub hissəsindən Bakıya, oradan da Volqaya, Xəzər xaqanlığına üzürdü. XVI əsrdə Şərqi Avropadan Hindistana gedən, Xəzər dənizindən keçən yolun olması, Gilan və Şirvan ipəyinin əhəmiyyəti Bakının liman olaraq rolunu daha da artırmışdır. XIX əsrin ortalarından etibarən, Rusiya imperiyasında Xəzər dəniz nəqliyyatının inkişaf etdirilməsi məsələsi böyük əhəmiyyətə malik olmuşdur. II Aleksandr 1858-ci ildə "Merkuri" Cəmiyyəti ilə "Kavkaz" firmasının birləşdirilməsi haqqında fərman vermişdir, beləliklə, Xəzər gəmiçiliyində vacib rol oynayan "Qafqaz və Merkuri" yaradılmışdır. XIX əsrin ikinci yarısından etibarən, Azərbaycan neft sənayesinin inkişaf etməsi Xəzər gəmiçiliyinin inkişafını labüd etmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
Ərətna bəyKiçik Asiyada mövcud olmuş Ərətna bəyliyinin qurucusu və hökmdarı. Ərətna 1335–1352-ci illərdə hakimiyyətdə olmuşdur.

Ərətna Elxani hökmdarı Əbu Səid Bahadur xanın Anadoludakı valisi Teymurtaşın xidmətində olmuşdur. 1327-ci ildə Teymurtaşın üsyan etməsi və Misirə qaçmasından sonra Ərətna Anadoluda Həsən Cəlayırın tabeliyində Anadolu valisi kimi fəaliyyətinə davam etdi. Həsən Cəlayır Teymurtaşın oğlu Həsən Çobani tərəfindən məğlub edildikdən sonra, Ərətna Məmlük dövlətinə tabelik bildirdi. Lakin 1343-cü ildə Ərətna Həsən Çobanini məğlub etdikdən sonra Niğdə, Ankara, Amasya, Tokat, SamsunƏrzincan ərazilərində müstəqillik elan etdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Cəlairi hökmdarlarının siyahısı — sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı, Şərqi AnadolununƏcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad, Təbriz, ŞuştərHillə olmuşdur. 1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412) və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli