Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 210.604 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Böyük yalanhəqiqətin kobud şəkildə təhrif olunması və ya yanlış təqdim edilməsini əhatə edən siyasi propaqanda texnikası. Bu ifadə ilk dəfə Adolf Hitler tərəfindən 1925-ci ildə yazdığı "Mein Kampf" əsərində işlədilmişdir. Hitler iddia edirdi ki, insanlar belə nəhəng bir yalanı həqiqət kimi qəbul edə bilərlər, çünki heç kəsin "həqiqəti bu qədər həyasızcasına təhrif etməyə cəsarət edəcəyinə" inanmazlar. O, bu üsulun yəhudilər tərəfindən Almaniyanın Birinci Dünya müharibəsindəki məğlubiyyətini general Erix Lüdendorfun üzərinə atmaq üçün istifadə edildiyini iddia edirdi. Lüdendorf Veymar Respublikası dövründə tanınmış milliyyətçi siyasi xadim idi.

Tarixçi Ceffri Herfin fikrinə görə, nasistlər "böyük yalan" ideyasını yəhudilərə qarşı ictimai rəyi çevirmək və Holokostu əsaslandırmaq üçün istifadə etmişdilər. Onun qənaətinə görə, nasist Almaniyasının baş təbliğatçısı Yozef GebbelsNSAFP bu texnikadan bilavasitə yararlanaraq Avropada əsrlərlə mövcud olmuş antisemitizmi kütləvi qırğına çevirmişdilər. Herf yazmışdır ki, nasistlərin "böyük yalanı" Almaniyanı günahsız, mühasirəyə alınmış bir ölkə kimi təsvir etmək və onun guya "beynəlxalq yəhudiliyə" qarşı mübarizə apardığını iddia etməkdən ibarət idi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
Əhməd CəlayırCəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə hakimiyyətdə olmuşdur. Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır. İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir Adili məğlub edərək İraqdaAzərbaycanda tam hakimiyyət qurmuşdur. Sultan Əhmədin hakimiyyət dövründə Yaxın ŞərqdəQafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan, 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar. Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də, 1399-cu ildə yenidən İraqı tərk etdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısıQurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir. Qurbanov, Emin Mahmudov ilə birlikdə Azərbaycan milli futbol komandasının ən məhsuldar iki oyunçusundan biridir. Keçmiş hücumçu, 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisin heyətində ümumilikdə 68 oyun keçirib, 14 qol vurub. Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli