Rəqəmsalda
Onillik
Təcrübə
Brendinizin unikal saytını yaradır, SEO, UI/UX və rəqəmsal həllərlə gücləndiririk. Layihələr bizim üçün təkcə texniki iş deyil, ideyanızın həyat tapması deməkdir.
Lokal və qlobal bazarda dövlət qurumlarından iri bizneslərə qədər 300-dən çox layihə və yüzlərlə məmnun müştəri uğurlu işimizin sübutudur.
Layihə sonrası
dəstək zəmanəti
Gənc və dinamik
komanda üzvü
Veb-sayt hazırlanması
İnkişaf edən texnologiyalar dövründə müştərilərinizin ilk təəssüratı məhz sizin saytınız və veb saytınız vasitəsilə formalaşır. Saytınız sadəcə məlumat mənbəyi deyil, həm də müştərilərinizlə ilk təmas nöqtəsidir. Web Coder olaraq biznesinizin uğuruna dəstək olmaq üçün müasir, funksional və vizual cəhətdən cəlbedici saytlar və veb saytlar hazırlayırıq. Hər bir sayt yüksək performans, təhlükəsizlik və SEO texniki bazası ilə təchiz olunur. Biz sayt hazırlanması zamanı məqsədli auditoriyanı nəzərə alır, hər saytı markanızın imicini gücləndirən və satış gətirən bir veb sayt platformasına çeviririk. Web Coder ilə hazırlanan hər sayt, rəqəmsal dünyada uğura aparan ən güclü sayt həllidir.
SEO
Saytınızın gözəl olmasından daha vacib olan nüans onun görünən olmasıdır! Web Coder olaraq SEO xidmətlərimizlə veb-saytınızı Google, Yandex və digər axtarış motorlarında 1-ci səhifəyə çıxarmağı vəd edirik. Müasir bazarda SEO ən vacib rəqəmsal marketinq alətlərindən biridir. O olmadan potensial müştərilər sizi görə bilməz. Biz bu problemi ən yüksək səviyyədə həll edirik!
SMM
Rəqəmsal dövrdə uğur üçün saytdan əlavə sosial şəbəkələrdə də mövcud olmaq vacibdir. Sosial Media Marketinqi (SMM) brendinizi tanıtmaq, müştərilərlə əlaqə yaratmaq və satışları artırmaq üçün ən effektiv yoldur. Web Coder komandası olaraq peşəkar SMM xidmətimizlə sizi sosial mediada tanıdır və izləyiciləri aktiv müştərilərə çeviririk.
Brendinq
Yalnız görünmək kifayət etmir, brendiniz yadda qalmalıdır. Web Coder komandası brendinizi gücləndirərək onu müştərilərinizin beynində möhkəm yer edən, rəqiblərinizdən seçilən bir gücə çevirir.
Mobil tətbiq hazırlanması
Müasir dövrdə biznesinizin müştərilərlə əlaqəsini gücləndirmək və xidmətlərinizi daha əlçatan etmək üçün mobil tətbiqlər vacibdir. Web Coder komandası sizin ideyanızı funksional və istifadəçi dostu mobil tətbiqə çevirərək rəqəmsal dünyada möhkəm addımlarla irəliləməyinizə dəstək olur.
Dizayn
Brendiniz haqqında ilkin təəssürat yaradan ən vacib məqamlardan biri də onun dizaynıdır. Peşəkar dizayn müştərilərinizdə inam yaradır, brendinizi yaddaqalan edir və satışlarınızı artırır. Web Coder komandası fərqli və yaradıcı dizayn həlləri ilə markanızın vizual tərəfini təkmilləşdirir, auditoriyanızla daha güclü əlaqə qurmağınıza kömək edir.
360 dərəcə marketinq
Uğurlu biznesin əsasını yalnız məhsul və ya xidmət deyil, həm də müştərilərlə hər kanalda qurulan effektiv əlaqə təşkil edir. Web Coder olaraq sizə tam 360 dərəcə marketinq xidməti təqdim edirik; brendinizi rəqəmsal və ənənəvi kanallarda gücləndirərək bazarda əvəzolunmaz mövqe qazandırırıq!
SEM
İnternetdə hər gün milyonlarla axtarış həyata keçirilir və hər klik bir fürsətdir. Web Coder komandası olaraq sizə bu fürsətləri qazanca çevirmək imkanı yaradırıq! SEM xidməti ilə məhsul və xidmətlərinizi Google kimi axtarış motorlarında daha çox görünən, kliklənən və dönüşüm yaradan formaya gətiririk.
Uğurlu
layihələrimiz
Bizi
təkrar-təkrar
seçənlərə təşəkkürlər
Qlobal bazara çıxan müştərilərimiz
Bizim
layihə yaratma metodumuz
Strateji anlayış
Sizin biznes məqsədlərinizi dərindən analiz edir və layihənin əsasını qoyuruq.
Dərin araşdırma
Bazar və istifadəçi təhlili ilə rəqiblərdən fərqlənən həllər təklif edirik.
İnnovativ dizayn və texnologiya
Yaradıcı ideyaları qabaqcıl texnologiyalarla birləşdirərək mükəmməl istifadəçi təcrübəsi yaradırıq.
Effektiv icra və dəstək
Layihəni yüksək keyfiyyətlə həyata keçirib, davamlı texniki və strateji dəstəklə uğurunuzu təmin edirik.



