Azərbaycan saray mədəniyyəti — saraylarda inkişaf etmiş Azərbaycan mədəniyyəti, Azərbaycan zadəganlarının mədəni fəaliyyəti. Azərbaycan türkcəsinin Cəlairi sarayında ədəbi dil olaraq istifadə edildiyini Sultan Əhməd Cəlayırın (?-1410) və Əbdülqadir Marağayinin şeirləri sübut edir. Qaraqoyunlu hökmdarı Cahanşah Azərbaycan dilində yazdığı şeirlərlə türk dilini saraya gətirmiş, türkcəyə saray dili mahiyyəti qazandırmışdır. Ağqoyunlu dövründə isə Sultan Yaqubun sarayında dövrün alimləri, şairləri və sənətkarları toplaşmışdı. Saraylarda tez-tez şeir məclisləri təşkil olunurdu. Bu dövrdə Əlişir Nəvainin məktəbinin güclü olmasına və bəzi Azərbaycan şairlərinin Heratagetməsinə baxmayaraq, Yaqub Mirzənin Təbriz sarayı Herat məktəbi ilə rəqabətə girə biləcək gücdə idi.
Rəşidin siyasi karyerası "gənc türklər" hərəkatı , həmçinin İttihad və Tərəqqi Komitəsi ilə sıx bağlı olmuşdur. Tibbi təhsil almasına baxmayaraq, 1908-ci ildə Gənc türklər inqilabından sonra mülki idarəetmə sahəsində yüksəlmiş, müxtəlif vilayətlərdə mütəsərrif və vali kimi fəaliyyət göstərmişdir. Onun inzibati fəaliyyəti xüsusilə imperiyanın qeyri-müsəlman əhalisinə, o cümlədən yunanlara və ermənilərə qarşı sərt və repressiv siyasətlə səciyyələndirilmişdir.
(Davamı...)
Venesuelada baş verən 7,2 və 7,5 maqnitudalı iki ardıcıl zəlzələ nəticəsində 3600-dən artıq insan həlak olub, 16700-dən artıq insan yaralanıb, on minlərlə insan itkin düşüb.