Məzmuna keç

Piksel

Vikipediya, azad ensiklopediya
Image
Rastr təsvirinin yaxınlaşdırılmış sahəsi: solda — böyütmə vaxtı alınmış ayrı-ayrı piksellər, sağda — bikubik interpolyasiya ilə hamarlanmış sahə.
Image
Rastr təsvirinin yaxınlaşdırılmış sahəsi.
Image
Piksellər üzərində qurma, nöqtələrdən istifadə, xətlər, hamarlamalar və s.
Image
MK monitorunun matrisi

Piksel (bəzən də pel, ing. pixel, pel — pix element sözlərinin ixtisarıdır) [1] — rastr qrafikasında ikiölçülü rəqəmsal təsvirin ən kiçik məntiqi elementi və ya təsviri formalaşdıran ekran matrisinin fiziki elementi. Piksel bölünməz düzbucaqlı və ya yumru formadan təşkil olunmuşdur və müəyyən rənglə xarakterizə edilir. Rastr kompüter təsviri sətirlər və sütünlarlar üzrə yerləşmiş piksellərdən ibarətdir. Həmçinin Pikseli səhvən işığa həssas matrisin (sensel — sensor element) elementi də adlandırırlar.

Təsvir nə qədər çox pikseldən ibarətdirsə, təsvirin keyfiyyəti də bir o qədər yüksəkdir. Əgər təsvirin miqyası böyüyürsə, piksellər böyük hissələrə çevrilir. İnterpolyasiya vasitəsilə pilləlilik hamarlamaq olar.

  1. ↑ "Pixel — Definition and More from the Free Merriam-Webster Dictionary". 3 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2013.