Solin
| şəhər | |
| Solin | |
|---|---|
| Solin | |
| | |
| 42°39′ şm. e. 18°04′ ş. u.HGYO | |
| Ölkə | Xorvatiya |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | |
| Mərkəzin hündürlüyü | 0 ± 1 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 21210[2] |
| Nəqliyyat kodu | ST |
| Digər | |
| solin.hr | |
Solin — Xorvatiyada yerləşən şəhər, Adriatik dənizində Split şəhər mərkəzindən 8 km şimalda, qədim Salona şəhərinin yaxınlığında yerləşir. Split metropoliten ərazisinin bir hissəsi olan bu şəhər inzibati olaraq Split-Dalmatiya qraflığına aiddir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Möhkəmləndirilmiş liman şəhəri İlliriyalılar tərəfindən qurulmuş və eramızdan əvvəl IV əsrdə yunanlar tərəfindən fəth edilmişdir. O dövrdə şəhər, sahil yollarının və Klisdən daxili ərazilərə gedən dərədən keçən qədim yolun kəsişməsində, Yadro çayında strateji mövqe tuturdu.
Eramızdan əvvəl I əsrdə Qay Yuli Sezar şəhərə Salona Roma koloniyası statusu vermiş və bu, sonradan Dalmatiya adlandırılan İlliriya əyalətinin inzibati və sənaye mərkəzinə çevrilmişdir. IV və VI əsrlər arasında Salona, çoxsaylı arxeoloji tapıntılarla sübut olunduğu kimi, erkən xristianlığın mühüm mərkəzinə çevrildi. Ən yüksək inkişaf dövründə şəhərin əhalisi bugünkü əhalidən dörd dəfə çox idi. Təxminən 614-cü ildə Salona slavyanlar və avarlar tərəfindən dağıdıldı və talan edildi. Bu hadisələrdən sonra şəhər gözəlliyini itirdi. 20-ci əsrin əvvəllərində F. Buliçin təşəbbüsü ilə şəhərin yerində qazıntı işləri aparılmışdır.
Görməli yerləri
[redaktə | vikimətni redaktə et]- Məbəd və teatr ilə Roma forumunun xarabalıqları
- Roma qapılarının və şəhər divarlarının xarabalıqları
- Amfiteatrın xarabalıqları (II əsr)
- Roma və erkən xristian qəbiristanlığı və monastır xarabalıqları
- Arxeologiya Muzeyi